Ayətullah Əraki: Fələstin məsələsinə görə bütün islam dünyası məsuliyyət daşıyır
İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının baş katibi deyib: Fələstin məsələsinə görə, bütün İslam Dünyası məsuliyyət daşıyır və heç şübhəsiz tanınmış din alimləri və siyasi elita bu xüsusda üzərlərinə düşən vəzifənin öhdəsindən çox yaxşı gələcəklər.
Ayətullah Möhsün Əraki çərşənbə günü Livanın paytaxtı Beyrut şəhərində keçirilən Müqavimət Alimləri Konfransında deyib: Bu konfrans ABŞ-ın regiondakı istismarçılığına son qoymaq üzrə səylərin yeni mərhələsinin başlanğıcı sayılır və İslam Dünyasının alimləri və ziyalıları Fələstini himayə məqsədi və İslam Ümmətini vəhdətə dəvət etmək məqsədi ilə bu konfransda iştirak edirlər.
Ayətullah Əraki əlavə edib: İsrail rejiminin Fələstinə və Əl-Əqsa məscidinə qarşı işğalçılığı qarşısında müqavimət göstərmək və mübarizə aparmaq Beyrut iclasının digər məqsədlərindən sayılır. Yaxın Şərq məntəqəsi bu yolla Fələstinin dünya imperializminin fitnələrindən azad edilməsi yolunda addım atmağa başlayıb.
İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının baş katibi həmçinin deyib: Hər şey İsrail rejiminin ömrünün başa çatması üzrə geri sayımın başlandığına dəlalət edir və bu rejimin ardıcıl məğlubiyyətləri bu gerçəkliyə dəlalət edir.
Ayətullah Əraki əlavə edib: Dünya Müqavimət cəbhəsinin İsrail rejimi qarşısındakı qələbəsindən bəri bu rejimin hansısa qələbəsinin şahidi olmayıb və bu İsrailin məhvinin başlanğıcıdır.
2-ci Ümumdünya Müqavimət Alimləri Konfransı 30 ərəb və islam ölkəsindən gəlmiş ruhani, din xadimi və ziyalının iştirakı ilə çərşənbə günü Beyrutda işə başlayıb.