Noy 02, 2017 21:41 Asia/Baku
  • İŞİD terrorçuları Suriyanın müttəfiqləri tərəfindən hədəfə alınıb
    İŞİD terrorçuları Suriyanın müttəfiqləri tərəfindən hədəfə alınıb

Suriya müttəfiqlərinin Pilotsuz Uçan Aparatları(PUA) Deyrozzur vilayətinin cənubunda Əl-Bukəmal şəhəri yaxınlığında İŞİD terrorçularını hədəfə alıb.

İRİB-in verdiyi məlumata görə, Livanın Əl-Məyadin telekanalı bildirib ki, Suriyanın müttəfiqlərinin əməliyyat otağının PUA-lar bölməsi Vəlfəcr-3 əməliyyatı çərçivəsində Əl-Bukəmal yaxınlığında İŞİD terrorçularını hədəfə alıb. 

Eyni zamanda Suriya ordusu və onun müttəfiqləri Deyrozzur idman kompleksini tamamiylə azad ediblər və Əl-Həmidiyyə və Əl-Cibilə məhəllələrinə doğru irəliləyirlər. 

Suriya ordusunun bir hərbçisi deyib: Bu əməliyyatda Suriya ordusu qüvvələri hava və artileriya dəstəyindən faydalanırdılar və birinin çəkisi on tondan çox olan bir neçə quraşdırılmış bombaları zərərsizləşdirə biliblər. 

Bu hərbi qaynaq deyib: Deyrozzur şəhərinin şimal istiqamətində bəzri bölgələrdə əməliyyatlar davam edir. 

Suriya ordusu 16 sentyabrda Deyrozzurun cənubunda İraq ilə həmsərhəd bölgələrin terrorçulardan təmizlənilməsi əməliyyatına başlamışdır. 

Teqlər