Fələstinli gənclər Balfur bəyannaməsini pisləyiblər
-
Fələstinli gənclər Balfur bəyannaməsini pisləyiblər
Sionist rejimin Fələstin ərazilərində formalaşmasında rol oynamış Balfur bəyannaməsinin yüzilliyi ilə bir vaxtda çoxlu sayda fəlsətinli gənc BMT-nin Dəməşqdəki qərargahı önünə toplaşaraq, bu hərəkəti Fələstin xalqına qarşı bir cinayət adlandırıb.
Aksiyaçılar dünən BMT baş katibinə müraciətdə Balfur bəyannaməsini Fələstində heç bir haqqa malik olmayan kəslərə verilmiş zalımcasına vəd və dünya üçün nəhs bir irs adlandırıblar.
Suriya sakini olan fələstinli siyasi fəal Əbdulkərim Şərqi, BMT-nin Dəməşqdəki qərargahı önündə keçirilən piketdə deyib: Fələstinlilər heç vaxt Fələstin ərazisindəki haqlarından vaz keçməyəcəklər; Onlar İsrail adında bir şeyi tanımırlar və gec-tez bu qəsbkar rejim aradan götürüləcəkdir.
Balfur bəyannaməsi qəsbkar sionist rejimin təsisi üzrə cəhdin başlanğıcı hesab olunur.