Noy 08, 2017 17:03 Asia/Baku
  • Yəmən səhiyyə nazirliyi Həccədəki qırğına reaksiya verib

Yəmənin ümumi səhiyyə və əhali nazirliyi Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri təcavüzkarlarının Yəməniin Həccə vilayətində vətəndaşları qırğın etmələrini pisləyibdir.

Yəmənin ümumi səhiyyə və əhali nazirliyinin sözçüsü Əbdulhəkim Əlkəhlani təcavüzkar səud qırıcılarının dünən Həccə vilayətində yerləşən Həran məntəqəsinə qarşı hücumunu pisləyib və bildiribdir ki, bu hücum bütün insani, dini və əxlaqi dəyərlərə qarşı saymamazlıq, eləcə də beynəlxalq qayda-qanunların pozulması deməkdir.

Əlkəhlanin sözlərinə görə, Yəmən vətəndaşlarının mənzillərinə qarşı çoxlu sayda hücumlarla yəmənlilərin bir neçə saat ərzində qırğın edilmələri elə bir halda olubdur ki, yardımçılar da öz motosikletlərilə, həmçinin Həccə vilayətinin səhiyyə və əhali ofisinin tabeliyində olan təcili yardım maşını da hədəfə alınıbdır.

Yəmənin ümumi səhiyyə və əhali nazirliyinin sözçüsü ölən və yaralananların sayını altmış nəfərdən çox elan edib və bildiribdir ki, səud təcavüzkarlarının hücumları və onların Həccə vilayətinin sakinlərinə qarşı vəhşicəsinə cinayətləri İŞİD üsulu ilə həyata keçirilibdir və onlar nicat əməliyyatına, eləcə də ölən və yaralananların sayılmasına icazə verməyiblər.

Əlkəhlani dünyadakı bütün azadlıqsevərlərdən və şərəfli insanlardan istəyibdir ki, bu kimi zalımcasına hərəkətlər qarşısında susmasınlar. O, dünya ictimaiyyətindən insanlığa qarşı bu qırğın və cinayətləri dayandırması üçün Ərəbistana təzyiq göstərməsini istəyibdir.

Səudiyyə Ərəbistanı ABŞ və bir neçə ərəb ölkəsinin dəstəyi ilə 2015-ci il mart ayında Yəmənə hücum edib və bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır.

 

 

Teqlər