Noy 11, 2017 20:50 Asia/Baku
  • Livanın baş naziri səudiyyəlilərin girovuna çevrilib
    Livanın baş naziri səudiyyəlilərin girovuna çevrilib

Səudiyyə Ərəbistanında Livan baş nazirinin istefa verməsindən sonra onun öz ölkəsinə dönməməsi bir çox ehtimalları gücləndirib.

Hamısı bu qəfil istefadan başlandı. Düz ötən şənbə günü idi. Livan baş naziri Ər-Riyadda səudiyyəlilərin bir televiziyasının kamerası qarşısına keçdi və vəzifəsindən istefa verməsindən danışdı. Bu istefa ilk anda hamını şoka saldı və çoxlu sualların yaranmasına səbəb oldu. Səd Həririnin əl-Ərəbiyyə televiziyasından istefasında bir neçə saat keçməmiş, onun Ərəbistan torpağında həbs olunması ilə bağlı bəzi ehtimallar irəli sürülməyə başladı.

Siyasi analitik deyib: Həririnin istefası Ərəbistan, ABŞ və İsrail tərəfindən Livanın stabilliyinə zərbə vurmaq üçün atılan addımdır. Amma Livan dövləti və xalqı bu hərəkətlə mübarizə aparacaq. Livan heç vaxt Ərəbistana çevrilməyəcək.

Livan hökuməti bildirib: Livanın hakimiyyətinə hörmətin bəslənilməsi üçün Həririnin geri qayıtması zəruridir.

Həririnin həbs olunması haqda ehtimalların kənarında, Livan prezidenti Mişel Oun da istefanın qəbul olunması haqda qərarın verilməsini onun ölkəyə qayıtması ilə şərtləndirib. Səudiyyəli şahzadələrin həbsi ilə eyni vaxta düşən istefa, bu istefa macərası haqda naməlum vəziyyət və şübhələri artırır. Görəsən Səd Həririnin həbsi Səud ailəsi daxilindəki iqtidar savaşının nəticəsidir yoxsa başqa səbəbləri də vardır? Amma indiyə qədər bəlli olan məsələ budur ki, Livanın baş naziri səudiyyəlilərin girovuna çevrilib.

Livan Hizbullahı Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah deyib: Bu kişi Səudiyyə Ərəbistanında girovdur və indiyə qədər Livana qayıtması qadağan edilib. Bu mövzu açıq-aşkar söylənməlidir. Livanın baş naziri Səudiyyə Ərəbistanında həbs olunub və Livana qayıtması qadağan edilib.

Bu arada ABŞ-ın sükutu da düşündürücüdür. Livan baş nazirinin məsələsi haqda obyektiv və ikicəhətli sözlər və şəffaf cavab verməkdən boyun qaçırmağa cəhd.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert deyib: Bizim Ərəbistandakı müvəqqəti işlər vəkilimiz Kris Hanzel ötən gün Həriri ilə görüşüb və onunla söhbətləşmək imkanı əldə edib. Mən söhbətləşməni sizə deyə bilmərəm. Amma deyə bilərəm ki, onunla görüşümüz olub. Həririnin saxlanması şəraiti və onun Ərəbistanla danışıqları haqda məlumat əldə etmək üçün Ərəbistan dövləti və Səd Həririnin ofisi ilə əlaqə saxlamanızı istəyirəm.

Jurnalist soruşub: Bağışlayın siz saxlanma şəraiti dediniz? Həriri həbs olunubmu?

Dövlət Departamentinin sözçüsü deyib: Onun olduğu yer haqda bu sözdən istifadə etmək istəmirəm. Mən özüm harda olduğunu bilmirəm.

Müxbir yenidən soruşub: Bəs hardadır? Kartonlu otelin bir otağında?

Nauert deyib: Fikrimcə, onun harda olduğunu demək icazəm yoxdur. Amma yenə də yoxlayacağam. Müxtəlif məlumatlar eşitmişik. Harda olduğunu təsdiqləyə bilmərəm.

İndi Həririnin şübhəli istefasından bir həftənin keçməsi və aranın sakitləşməsi ilə, görünür bu önəmli mövzudan əldə olunan cəhətlər müqavimət mehvəri ilə qarşılaşmaq üçün olan yeni planı aşkarlayır. Bu cəhətlər sionistlərin mövqelərində də açıq-aşkar sezilməkdədir.

Sionist İsrail baş naziri Benyamin Netanyahu deyib: İran Suriyanı öz müstəmləkəsinə çevirmək və oranı livanlılaşdırmağa çalışır. Onların Livanda etdikləri Livan baş naziri Səd Həririnin istefa verməsi ilə nəticələndi. İran Suriyanı da belə etmək və tam şəkildə ələ keçirmək istəyir. Biz onlara belə işləri görmək icazəsi verməyəcək və onların qarşısında müqavimət göstərəcəyik.

Netanyahunun bu söhbətini Ərəbistan xarici işlər nazirinin iki gün öncəki müsahibəsinin yanında qoyarıqsa, məsələnin cəhətləri daha da aydınlaşacaq.

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyr deyib: Livandakı hazırkı vəziyyət, təəssüflər olsun ki, İranın dəstəklədiyi Hizbullahın müdaxilələrinin nəticəsidir. Hizbullah baş nazir Həririnin bütün layihələrinə əngəllər törədib. Hizbullah müəyyən qədər Livana hakim quruluşu özünün əsiri edib. Hizbullah İranın Livanı ələ keçirmək üçün istifadə etdiyi bir vasitə olmuşdur.

Son hadisələrdə sionist rejim və Ərəbistanın koordinasiyaları Livan Hizbullahı baş katibinin ötən gün açıq-aşkar işarə etdiyi mövzudur.

Livan Hizbullahının baş katibi əlavə edib: Mənim sözlərim təhlil deyil, qardaşlar və bacılar! Bu sözlər informasiyalara əsasəndir. İnformasiyamız vardır ki, Səudiyyə Ərəbistanının İsraildən Livana hücum etməsini istəməsini əks etdirir. Səudiyyə Ərəbistanı hətta bu hərəkət üçün on milyardlarla dollar xərcləməyə hazır olduğunu elan edib. İndi də sionist rejimdə bu məsələ üzərində müzakirə gedir.

 

Teqlər