Noy 11, 2017 20:51 Asia/Baku
  • İraq ordusu və silahlı qüvvələri İŞİD-i tam məhv etməkdədir
    İraq ordusu və silahlı qüvvələri İŞİD-i tam məhv etməkdədir

İraqın Qaim və Suriyanın Əlbukamal şəhərlərinin İŞİD terror qruplaşmasının işğalından azad olunması müqavimət mehvərinin müvəffəqiyyəti üçün böyük uğur hesab olunur, üstəlik ABŞ və İsrail rejiminin bölgədəki bütün planlarını zərərsizləşdirib.

İraqın Qaim və Suriyanın Əlbukamal şəhərlərinin azad olunması İŞİD-in ömrünün son günlərinin zəngini çaldı.

İraqlı hərbçi deyib: İŞİD-in İraqın gələcəyində artıq yeri yoxdur və milli birlik fitnəkarlar və İŞİD-in himaydərlarının kökünü sonsuza qədər qurudacaqdır.

İraqlılar deyirlər ki, üç il öncəyə qədər İŞİD İraqın ərazisinin 45%-ni işğal etmişdisə, lakin İraq mərcəiyyətinin fətvası, xalq səfərbər qüvvələrinin təşəbbüsü və İslam Respublikasının durmayan köməkləri ilə İŞİD-in təkcə İraqda deyil, Suriyada da məğlubiyyətə uğradı.

İraqlı hərbçinin sözlərinə görə, birgə əməliyyat komandanlığı mərkəzində İraqın Suriya ilə sərhəd bölgələrində təhlükəsizliyin təmin olunması üçün əhatəli plan hazırlamışıq. Məqsədimiz İŞİD-i təkcə İraqda məğlub etmək deyil, onu bütün bölgədə məhv etməkdir.

İraq qüvvələrinin Rave və Ər-Rumanə bölgələrinə daxil olmaları ilə, xalq səfərbər qüvvələri də İŞİD-in nüfuz etdiyi son bölgələr, əl-Anbarın qərbində Huran kimi tanınan çöllüklər və əl-Qəzəfi mühasirəyə alıb. Belə ki, onu təmizləməklə İŞİD-in ölkədəki son qalıqları da məhv olsun.

 

Teqlər