Noy 11, 2017 21:32 Asia/Baku
  • Hizbullah və Livan rəsmiləri Səd Həririnin qayıtmasını tələb edir
    Hizbullah və Livan rəsmiləri Səd Həririnin qayıtmasını tələb edir

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah və bu ölkənin digər rəsmiləri Səd Həririnin ölkəyə qayıtmasını tələb edirlər.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah etdiyi son çıxışında bildirib: Səd Həririnin Livan baş naziri vəzifəsindən istefa verməsi ləğv edilmiş hesab olunur. Çünki bu kənarlaşma Səudiyyə Ərəbistanından elan olunub. Buna görə, Nəsrullah və Livanın digər rəsmiləri Səd Həririnin Livana qayıtmasını tələb edirlər.

Onlar deyirlər ki, Həriri istefa vermək istəyirsə, ölkəsinə qayıtmalı və öz istefasının səbəbləri haqda ölkə xalqına açıqlama verməlidir.

Nəsrullah deyib: Səd Həriri bir il öncə Livan baş naziri vəzifəsinə seçildiyi vaxt koalisiya hökuməti təşkil edə bildir, ölkənin iqtisadiyyatı da həmin müddətdə stabil idi və heç bir hücum da baş vermədi. Buna görə, təkcə Nəsrullah deyil, Livanın digər rəsmiləri, o cümlədən xarici işlər naziri deyir ki, bu barədə qərar verə biləcək yeganə tərəf Livan xalqı və rəsmiləridir.

Teqlər