Noy 16, 2017 12:46 Asia/Baku
  • Səd Həriri və onun ailəsi Fransaya gedir
    Səd Həriri və onun ailəsi Fransaya gedir

Fransada bəzi medialar bildiriblər ki, Livan dövlətinin BMT Təhlükəsizlik Şurasına müraciət edəcəyini bildirməsindən sonra Səudiyyə Ərəbistanı Fransanın Səd Həriri barədə tələbi ilə razılaşmalı olub.

Fransanın prezident sarayı dünən bildirib ki, Səudiyyə Ərəbistanında istefa vermiş Livanın baş naziri Səd Həriri Fransa prezidenti Emanuel Makronun dəvəti ilə yaxın günlərdə Fransaya səfər edəcək. 

Əl-Məyadin telekanalı Fransa medialarına istinadla bildirib ki, Səudiyyə Ərəbistanı bu səfərlə, Livan hökumətinin BMT TŞ-yə şikayət edəcəyini bildirməsindən sonra razılaşıb. 

Əl-İttica telekanalı media qaynaqlarına istinadla bildirib ki, Fransa prezidentinin Səd Həriri və ailəsini Fransaya dəvət etməsi barədə xəbərlərdə Həririnin Səudiyyə Ərəbistanında həbsdə olduğuna təkid edilir. 

Livan prezidenti Mişel Oun dünən demişdir ki, Səd Həriri həbsdədir və ona məhdudiyyətlər tətbiq edilib. 

Oun demişdir ki, bu hərəkət Livana təcavüz olmaqla yanaşı, ölkə rəsmilərinin toxunulmazlığı barədə Vyana razılaşmasını və insan haqları bəyannaməsini pozur. 

Livan prezidenti deyib: Bu bizə, suverinliyimizə, rəsmi əlaqələrimizə, simvolumuza və kəramətimizə təcavüzdür. 

Mişel Ounun bu sözləri Səd Həririnin Twiti ilə qarşılaşdı və elə həmən twit Səd Həriri barədə qaranlıq vəziyyəti bir daha diqqətə çəkdi. Səd Həriri yazdı: Mən yaxşıyam və Livana qayıdacağam. 

Livan dövlətinin Səd Həririni Səudiyyə Ərəbistanından çıxarmaq üçün müəyyən təşəbbüslər həyata keçirəcəyi gözlənilir, amma bu təşəbbüslərin nə olacağı hələ bəlli deyil. 

Yazar Əmin Qəmuriyə deyib: Livanın qarşısında duran yolladan biri budur ki, mövzunu beynəlxalq məhkəmələrə çıxarsın. Bu gün bu mövzu Avropa Birliyi ölkələrində və böyük ölkələrdə artıq ortaya atılıb. Livan bu mövzunu BMT TŞ-də gündəmə gətirməyə çalışacaq. 

Teqlər