Fələstinli mübarizin əməliyyatı; 2 sionist yaralandı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286691-fələstinli_mübarizin_əməliyyatı_2_sionist_yaralandı
Kütləvi İnformasiya Vasitələri bir fələstinli mübarizin keçirdiyi əməliyyatda iki sionistin yaralandığını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 17, 2017 15:39 Asia/Baku
  • Fələstinli mübarizin əməliyyatı; 2 sionist yaralandı

Kütləvi İnformasiya Vasitələri bir fələstinli mübarizin keçirdiyi əməliyyatda iki sionistin yaralandığını bildiriblər.

Haarets qəzetinin internet portalının məlumatına görə, bir fələstinli ötən gecə Quş Etsion sionist sakinli qəsəbənin girişində sionist rejimin yoxlama-keçid məntəqəsinə avtomobillə hücum edib. Nəticədə iki sionist yaralanıb.

Fələstinli mübariz bir sionist hərbçiyə hücum edərkən İsrail rejimi hərbçilərinin birbaşa atəş açması nəticəsində şəhid olub.

Digər tərəfdən Qüdsü işğal etmiş rejimin hərbçiləri Beyt-Ləhmin cənubunda bir fələstinli gəncə soyuq silah və avtomobillə sionist qəsəbə sakinlərinə hücum etmək bəhanəsi ilə atəş açıb, onu yaralayıblar.

Həmçinin İsrail rejimi hərbçiləri ötən gecə Yəbud bölgəsində Turə kəndinə basqın edib və azı 5 gənci oğurlayıblar.

Sionistlər öz ekspansionist məqsədlərinə nail olmaq üçün gündəlik Fələstinin müxtəlif bölgələrinə hücum edir və fələstinliləri həbs edirlər.

Fələstinlilər 2015-ci il oktyabr ayından sionist rejimin cinayətlərinə reaksiyada, Qüds İntifazəsini başladıblar. Qüds İntifazəsi başlandıqdan 380-dən çox fələstinli şəhid olub, çoxlu sayda fələstinli də yaralanıb və ya həbs olunub.