FIFA-nın reytinqi: Fələstin sionist İsrail rejimindən önə keçdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287271-fifa_nın_reytinqi_fələstin_sionist_İsrail_rejimindən_önə_keçdi
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası FIFA futbol üzrə yığma komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Fələstin ilk dəfə olaraq sionist rejimdən önə keçib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2017 12:06 Asia/Baku
  • Fələstin sionist İsrail rejimindən önə keçdi
    Fələstin sionist İsrail rejimindən önə keçdi

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası FIFA futbol üzrə yığma komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Fələstin ilk dəfə olaraq sionist rejimdən önə keçib.

Fələstin milli komandası öz tarixində ilk dəfə olaraq FIFA reytinqindəki yerini yeniləyib və hətta sionist rejimdən önə keçib. 

Fələstin Futbol Federasiyasının prezidenti Cibril Rəcub Fransa İnformasiya Agentliyi ilə müsahibədə Fələstin futbol yığmasının bu uğurunu tarixi uğur adlandırıb. 

Fransa İnformasiya Agentliyinin məlumatına görə, cümə axşamı günü açıqlanan reytinqdə Fələstin milli komandası 83-cü pillədə qərarlaşıb. Lakin İsrail rejimi yığması 98-ci pillədədir.