Ənsarullahın baş katibi: Səudiyyə Ərəbistanı Yəmən xalqından intiqam alır
-
Ənsarullahın baş katibi: Səudiyyə Ərəbistanı Yəmən xalqından intiqam alır
Yəmən Ənsarullah Hərəkatının baş katibi deyib: terrorçu təkfirçi İŞİD qrupunun regionda məğlub edilməsindən sonra Səudiyyə Ərəbistanı Yəmən xalqından intiqam almaq istəyir.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Əbdül-Məlik Bədrəddin dünən gecə təkfirçi İŞİD qrupunun Suriya və İraqda məğlubiyyətə uğramsını müqavimət məhvərinə və region xalqlarına təbrik edərək deyib: Bu qələbə region xalqlarının qələbəsidir və onları ABŞ və onun muzdluları xüsusiylə də Səudiyyə Ərəbistanı tərəfindən yaradılan böyük bir şərdən və geniş yayılan müsibətdən mühafizə edir.
Ənsarullah hərəkatının baş katibi deyib: Səudiyyə rejimi İŞİD-in məğlubiyyətini özünün və ABŞ-ın planının məğlubiyyəti hesab edir və bu məğlubiyyətdən sonra bizdən intiqam almaq istəyir. Buna görə də, qarşıdakı günlərdə Səudiyyə Ərəbistanının hücumlarının gücləndirilməsi qarşısında özümüzü hazırlamalıyıq.