BMT-nin Sənadakı qərargahı önündə yəmənli uşaqların cəsədlərinin simvolik dəfn mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287609-bmt_nin_sənadakı_qərargahı_önündə_yəmənli_uşaqların_cəsədlərinin_simvolik_dəfn_mərasimi_keçirilib
Əlaləm telekanalı bir yəmənli hüquq təşkilatının Yəmənin paytaxtı Sənada, BMT-nin qərargahı önündəki etiraz aksiyasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 27, 2017 07:35 Asia/Baku
  • BMT-nin Sənadakı qərargahı önündə yəmənli uşaqların cəsədlərinin simvolik dəfn mərasimi keçirilib
    BMT-nin Sənadakı qərargahı önündə yəmənli uşaqların cəsədlərinin simvolik dəfn mərasimi keçirilib

Əlaləm telekanalı bir yəmənli hüquq təşkilatının Yəmənin paytaxtı Sənada, BMT-nin qərargahı önündəki etiraz aksiyasından xəbər verib.

Əlaləm telekanalının məlumatına görə, bu hüquq təşkilatı öz bəyanatında Yəmənə qarşı vəhşicəsinə hücumlarını dayandırması və Yəmənin blokadasının aradan götürülməsi üçün Ərəbistanın BMT vasitəsilə təzyiq altında qoyulmasını istəyibdir.

Bu etiraz aksiyasında aclıq və xəstəliklər nəticəsində həyatlarını itirmiş yəmənli uşaqların simvolik cəsədləri müşayiət olunub. Yəmənli mərasim iştirakçıları bu hərəkətlə BMT-nin yəmənli uşaqların qırğın edilmələri qarşısındakı zəif mövqeyinə qarşı öz etiraz və hiddətlərini ifadə ediblər.  

Sülh Uğrunda Qadınlar Cəmiyyətinin sədri Nur Əlcərvi Əlaləm ilə müsahibədə deyib: Bu gün yəmənli uşaqların cəsədlərinin simvolik surətdə müşayiət olunması ilə BMT-dən istəyirik ki, dünya ictimaiyyətinin səud rejiminin uşaqlar xüsusiyyət təşkil etməklə Yəmən xalqına qarşı cinayətləri qarşısında utandırıcı sükutunu pisləsin.

Əlaləm-in məlumatına görə, BMT ötən iki il yarım ərzində səud koalisiyasının Yəmənə qarşı hücumlarını dayandıra, bu ölkənin mühasirəsini aradan götürə və hətta düşmənin mülkilərə qarı təcavüzlərini belə azalda bilməyibdir.

Ərəbistan ABŞ-ın dəstəyilə 2015-ci ilin martında Yəmənə təcavüz edərək, onu quru, dəniz və hava blokadasına alıbdır. Bəhanəsi isə, Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq olubdur.

Bu hərbi təcavüz indiyədək təqribən on üç min yəmənlinin ölümünə, on minlərlə yəmənlinin yaralanmasına, milyonlarla yəmənlinin didərgin düşməsinə və bu ölkə infrastrukturlarının dağılmasına gətirib çıxarıb və Yəməni kəskin qida və dərman çatışmazlığı və bir çox xəstəliklərlə üzləşdiribdir.