ABŞ-ın Qüdsə qarşı hərəkətləri ilə mübarizə vacibliyi vurğulanıb
Həmas hərəkatının siyasi bürosunun sədri İsmayıl Hənyə ilə Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas arasındakı telefon söhbətində iki tərəf ABŞ-ın işğal olunmuş Qüdsə qarşı hərəkətləri ilə mübarizə vacibliyini vurğulayıb.
İsmayıl Hənyə ilə Mahmud Abbas arasındakı telefon söhbətində Amerikanın işğal olunmuş Qüdsün sionist rejimin paytaxtı kimi tanınması qərarının ehtimal olunan nəticələri ilə bağlı fələstinlilər arasında birlik zərurəti vurğulanıb.
Həmas hərəkatının siyasi bürosunun sədri və Fələstin muxtariyyətinin başçısı həmçinin fələstinlilərin Amerikanın hərəkətlərinə qarşı çərşənbə günü aksiya keçirmələri vacibliyini vurğulayıblar.
İsmayıl Hənyə bu telefon söhbətində əlavə edib: Amerikalı tərəfin Qüds qarşısındakı mövqeləri olduqca təhlükəlidir və bu məsələ həmin mövzu ilə mübarizə və Qüdsü himayə üçün birgə addımların atılmasını tələb edir.
Mahmud Abbas da amerikanların Qüds barədəki ifadələrinin təhlükəli olduğunu vurğulayaraq, deyib: Amerikanın Qüdsü sionist rejimin paytaxtı elan edəcəyi halda, mühüm qərarlar qəbul edəcəyik.
Amerikalı rəsmilərin sözlərinə görə, bu ölkənin prezidenti Donald Tramp qarşıdakı çərşənbə günü edəcəyi çıxışında Qüds şəhərini sionist rejimin paytaxtı kimi tanımaq niyyətindədir. Tramp 2016-cı il seçki təbliğatlarında ABŞ səfirliyinin Qüdsə köçürülməsi vədini vermişdi.