Əl-Əzhər ABŞ-ın Qüds əleyhinə qərarının mənfi nəticələri haqda xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288393-Əl_Əzhər_abŞ_ın_qüds_əleyhinə_qərarının_mənfi_nəticələri_haqda_xəbərdarlıq_etdi
ABŞ hökumətinin Qüdsü sionist rejimin paytaxtı olaraq rəsmən tanıması üzrə ehtimal olunan qərarına reaksiyaların davamında Misirin əl-Əzhər Universiteti Vaşinqtonun bu qərarının mənfi nəticələri haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2017 07:25 Asia/Baku
  • Əl-Əzhər ABŞ-ın Qüds əleyhinə qərarının mənfi nəticələri haqda xəbərdarlıq etdi

ABŞ hökumətinin Qüdsü sionist rejimin paytaxtı olaraq rəsmən tanıması üzrə ehtimal olunan qərarına reaksiyaların davamında Misirin əl-Əzhər Universiteti Vaşinqtonun bu qərarının mənfi nəticələri haqda xəbərdarlıq edib.

Əl-Misri əl-Youm qəzetinin məlumatına görə, Misirin əl-Əzhər Universiteti də çərşənbə axşamı günü bir bəyanatda bildirib: Qüdsün dini mövqeyinə zərbə vurmaq və bu müqəddəs şəhərə təcavüz istiqamətində istənilən hərəkət beynəlxalq sülhə hədədir. 

Əl-Əzhər Universitetinin bəyanatında bildirilib: Belə hərəkət bütün məsəlmanların qəzəbini alovlandıracaq və dünyada nifrət və gərginliyi artıracaq.