Fələstində Trampın şəkilləri yandırıldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288409-fələstində_trampın_şəkilləri_yandırıldı
Fələstin vətəndaşları ABŞ prezidentinin bu ölkə səfirliyinin Tələvivdən işğal olunmuş Qüds şəhərinə köçürülməsi haqda çıxışı ərəfəsində Donald Trampın şəklini yandırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2017 08:03 Asia/Baku
  • Fələstində Trampın şəkilləri yandırıldı

Fələstin vətəndaşları ABŞ prezidentinin bu ölkə səfirliyinin Tələvivdən işğal olunmuş Qüds şəhərinə köçürülməsi haqda çıxışı ərəfəsində Donald Trampın şəklini yandırıblar.

İRNA-nın məlumatına görə, Sky News xəbər televiziyası ötən gecə bildirib: ABŞ səfirliyinin Tələvivdən Beytül-Müqəddəsə köçürülməsi üzrə Donald Trampın ehtimal olunan qərarının elan edilməsi ərəfəsində, bu məsələdən qəzəblənən fələstinlilər Beyt-Ləhmdə ABŞ prezidentinin şəkillərini yandırıblar. 

Bu arada Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS bir bəyanatda gələn cüməni "Qəzəb Cümə"si adlandırıb və Fələstin vətəndaşlarından Trampın qərarına etiraz etmək üçün küçələrə axışmalarını istəyib.