İordaniya kralı: ABŞ-ın qərarının region üçün acınacaqlı nəticələri vardır
Dek 06, 2017 20:55 Asia/Baku
İordaniya kralı II Abdulla Fransa prezidenti Emmanuel Makronla telefon söhbətində ABŞ səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsi ilə əlaqədar son proseslər haqda fikir mübadiləsi aparıb.
Mehr İnformasiya Agentliyinin əl-Məyadin televiziyasına istinadla verdiyi məlumata görə, II Abdulla bu telefon söhbətində bildirib: ABŞ səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsinin regionun stabilliyi və təhlükəsizliyi üçün acınacaqlı nəticələri vardır.
ABŞ prezidenti bundan öncə İordaniya kralı ilə telefon söhbətində Birləşmiş Ştatların səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsinə dair qərarı haqda danşıqlar aparıb.