Suriya: ABŞ səfirliyinin Qüdsə köçürülməsi fələstinlilərin hüququna təcavüzdür
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288477-suriya_abŞ_səfirliyinin_qüdsə_köçürülməsi_fələstinlilərin_hüququna_təcavüzdür
Suriya Xarici İşlər Nazirliyi bir bəyanat verərək bildirib: ABŞ səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsi beynəlxalq qanunların açıq-aşkar pozulmasıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2017 21:33 Asia/Baku
  • Suriya: ABŞ səfirliyinin Qüdsə köçürülməsi fələstinlilərin hüququna təcavüzdür

Suriya Xarici İşlər Nazirliyi bir bəyanat verərək bildirib: ABŞ səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsi beynəlxalq qanunların açıq-aşkar pozulmasıdır.

Mehr İnformasiya Agentliyinin Ən-Nəşrə portalına istinadla verdiyi məlumata görə, Suriya XİN bu bəyanatda ABŞ səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsi üzrə Donald Trampın ehtimal olunan qərarını pisləyib və əlavə edib: Bu qərar çox təhlükəli addımdır, fələstinlilərin hüquqlarına təcavüz hesab olunur və onların didərgin düşməsi ilə nəticələnəcək. 

İordaniya xarici işlər naziri iymən əl-Səfdi də bildirib: İordaniya Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının Qüdsün sionist rejimin paytaxtı olaraq rəsmən tanınması üzrə ABŞ-ın ehtimal olunan qərarı ilə əlaqədar şənbə və bazar günləri fövqəladə iclasının keçirilməsini istəyib.