Qətər əmiri ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı tanımasını tənqid edib
Dek 07, 2017 09:40 Asia/Baku
Qətər əmiri ölkəsinin ABŞ-ın öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək qərarını rədd etdiyini bildirib.
İRİB-nin verdiyi məlumata görə, Şeyx Təmim bin Həməd Ali-Sani çərşənbə axşamı Fələstin Muxtariyyatının başçısı Mahmud Abbasın xüsusi nümayəndəsini Dohada qəbul edib.
Qətər əmiri bu görüşdə deyib: Qətər Qüdsü İsrailin paytaxtı olaraq tanımaq istqiamətində olan istənilən hərəkətə qarşıdır.
Şeyx Təmim bin Həməd Ali Sani həmçinin, Beytül-Müqəddəsin ərəblər, müsəlmanlar və dünya üçün nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini də vurğulayıb.
Teqlər