Dek 08, 2017 12:03 Asia/Baku
  • İordaniyalı tələbələr Trampın qərarına etiraz etdilər

Minlərlə iordaniyalı tələbə İordaniyanın bir neçə universitetində aksiya keçirərək ABŞ prezidenti Donald Trampın işğal olunmuş Qüds şəhərini sionist rejimin paytaxtı olaraq rəsmən tanımasını pisləyib.

Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, İordaniya paytaxtı Əmman şəhərində İordaniya Universitetində keçirilən aksiyada tələbələr Trampın qərarını beynəlxalq qanunlara təcavüz, radikallığa xidmət və destabilliyin artmasına səbəb adlandırıblar. 

İordaniyanın başqa universitetlərində də oxşar etiraz aksiyaları keçirilib. 

Teqlər