İordaniya və Fələstin ABŞ-ın qərarı haqda xəbərdarlıq ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288641-İordaniya_və_fələstin_abŞ_ın_qərarı_haqda_xəbərdarlıq_ediblər
İordaniya kralı və Fələstin Özünüidarə Təşkilatının sədri Qüdsün sionist rejimin paytaxtı elan olunması haqda ABŞ-ın qərarının mənfi nəticələri ilə bağlı xəbərdarlıq edib və Qüdsün hüquqi və tarixi statusuna hər hansı zərbəni ləğv edilmiş hesab ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 08, 2017 08:34 Asia/Baku
  • İordaniya və Fələstin ABŞ-ın qərarı haqda xəbərdarlıq ediblər

İordaniya kralı və Fələstin Özünüidarə Təşkilatının sədri Qüdsün sionist rejimin paytaxtı elan olunması haqda ABŞ-ın qərarının mənfi nəticələri ilə bağlı xəbərdarlıq edib və Qüdsün hüquqi və tarixi statusuna hər hansı zərbəni ləğv edilmiş hesab ediblər.

Sky Newsun məlumatına görə, II Abdulla və Mahmud Abbas cümə axşamı günü İordaniya paytaxtı Əmmanda Qüdsün İsrail rejiminin paytaxtı elan olunmasına dair ABŞ-ın qərarını araşdırmaq üçün görüşüb və bildiriblər ki, bu qərar beynəlxalq hüquq və BMT qətnamələrini pozur. 

Onlar həmçinin bildiriblər ki, Qüds şəhərinin tarixi və hüquqi statusuna zərbə vuracaq hər hansı qərar ləğv edilmiş hesab olunur və region və bütün dünyada gərginliyin artmasına gətirib çıxara bilər.