Dek 15, 2017 09:34 Asia/Baku
  • Livan və Suriya sərhədlərində bir keçid məntəqəsi açılıb
    Livan və Suriya sərhədlərində bir keçid məntəqəsi açılıb

Livanın təhlükəsizlik mənbələri bu ölkənin Suriya ilə sərhəd məntəqəsində "Cusiyə" adlı sərhəd keçid məntəqəsinin açılmasından xəbər veriblər.

İRİB-nin Beyrutdan verdiyi məlumata görə, bu sərhəd keçid məntəqəsi Livanın Hərməl vilayətini Suriyanın Homs vilayətinə birləşdirir. Bununla da, 5 illik fasilədən sonra bu məntəqə sakinlərinin yenidən gediş-gəliş etməsinə və yüklərin daşınmasına start verilib. 

Livanın Kəşfiyyat və Ümumi Təhlükəsizlik Təşkilatının müdiri Abbas İbrahim bu xüsusda deyir: Beyrut və Dəməşq arasında bəzi ixtilafların olmasına baxmayaraq, iki tərəf təhlükəsizlik məsələlərində daim yaxşı əməkdaşlığa malikolublar. Və sərhəd məntəqələrdə terrorizm ilə birgə mübarizənin aparılması və bölgədə təhlükəsizliyin təmin edilməsi bu sahələrdən biridir. 

Teqlər