Səudiyyə Ərəbistanının Yəmənə qarşı növbəti cinayəti
-
Səudiyyə Ərəbistanının Yəmənə qarşı növbəti cinayəti
Səudiyyə Ərəbistanının hərbi təyyarələrinin Yəmənin Şəbuh və Əl-Hədidə vilayətlərinə qarşı hücumlarında 13 mülki həlak olub bir neçə nəfər də yaralanıb.
İRNA-nın verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı hərbi təyyarələri Şəbuh vilayətinin Qərin ərazisində mülkiləri daşıyan biravtomobili hədəfə alıblar bu hücumda 8 mülki həlak olub.
Bu məlumata görə, Səudiyyə qırıcıları son saatlar ərzində Şəbuh vilayətinin Bihan və Əqəbə ərazilərini 15 dəfə bombalayıblar. Bu hücumların insan tələfatı barədə hələ məlumat yayılmayıb.
Həmçinin Səudiyyə qırıcıları Hədidə vilayətində Əttəfsə bölgəsini bir neçə dəfə bombardıman ediblər və bu hücumlarda da 5 mülki ölüb, 10 mülki yaralanıb.
Səudiyyə qırıcıları öncə də dəfələrlə Yəmən xalqını qırğın ediblər.
Səudiyyə rejimi Amerikanın dəstəyi və beynəlxalq ictimaiyyətin susqunluğu sayəsində 2015-ci il mart ayından Yəmənə qarşı hərbi təcavüzə başlayıb və bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb. Səudiyyə Ərəbistanının Yəmənə qarşı təcavüzkar hücumlarının bəhanəsi istefada olan prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaqdır.
Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumları 13 mindən çox yəmənlinin ölümü, on minlərlə adamın yaralanması və milyonlarla insanın didərgin düşməsi, eləcə də Yəmənin infrasturukturunun məhv olması ilə nəticələnib.