Ərəbistanın Yəmənə hücumları davam edir \ 11 mülki həlak olub
-
Ərəbistanın Yəmənə hücumları davam edir
Ərəbistan qırıcılarının cümə axşamı Yəmənin Sədə vilayətinə olan hücumlarında 11 mülki ölüb, 8 nəfər isə yaralanıb.
Ali Səud qırıcıları bundan öncə də Yəməndə mülki əhalini amansız hücumlarının hədəfinə çevirib.
Səudiyə Ərəbistanı ABŞ-ın dəstəyi və beynəlxalq ictimaiyyətin sükutu ilə yanaşı olan təcavüzlərinə 2015-ci ilin martından başlayıb. Ər-Riyad bir sıra ərəb ölkəsinin də daxil olduğu koalisiyanın başında dayanaraq, Yəməni havadan, qurudan və dənizdən hücumlara məruz qoyur. İndiyə kimi bu hücumlarda on minlərlə insan ölüb, yüz minlərlə nəfər yaralanıb, milyonlarla insan isə evsiz-eşiksiz qalıb.
Ərəbistan həmçinin, Yəməni tam mühasirədə saxlayır və ölkəyə ərzaq, dərman preparatları və yanacağın gətirilməsinə mane olur. Bu da Yəməndə vəba və digər yolxucu xəstəliklərin yayılmasına, milyonlarla insanın aclıq və xəstəlik üzündən ölüm təhlükəsi ilə üzləşməsinə səbəb olub.
Ərəbistan Yəmənin istefada olan keçmiş prezidenti Əbdürrəbbə Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq, Yəməndə asılı rejim formalaşdırmaq istəyir.