Dek 26, 2017 09:46 Asia/Baku
  • Ali-Xəlifə qüvvələri ilə xalq arasında toqquşma
    Ali-Xəlifə qüvvələri ilə xalq arasında toqquşma

Bəhreynin müxtəlif bölgələri dünən gecə Ali-Xəlifənin təhlükəsizlik qüvvələri ilə əhali arasında toqquşmaların şahidi olub.

İRİB-in verdiyi məlumata görə, Bəhreynin silahlı qüvvələrinin komandanının terror edilməsi barədə saxta məhkəmə işində 6 bəhreynli gəncə edam hökmü çıxarılmasına etiraz əlaməti olaraq Bəhreynlilər dünən gecə küçələrə axışıblar və bu hökmlərə görə qəzbəli olduqlarını nümyiş etdiriblər. 

Aksiyaçılar səsləndirdikləri şüarlarda Bəhreyn kralının bu hökmlərin verilməsində və ölkədə vəziyyətin gərginləşməsində  bir başa məsuliyyət daşıdığını bildiriblər. 

Etirazçılar Ali-Xəlifər rejiminə dəstək verməklə Bəhreyn xalqına qarşı repressiyalarda Amerika və Britaniyanın rolunu pisləyən şüarlar səsləndiriblər. 

Eyni zamanda Təhülkəsizlik qüvvələri də yaşayış məntəqələrində gözyaşardıcı qazdan istifadə edərək etirazçıları dağıtmağa cəhd göstəriblər və bir neçə nəfər yaralanıb və həbs edilib. 

Xalq qurumları sosial şəbəkələrdə elanlar yayaraq müxtəlif bölgələrdə bu gün üçün etiraz aksiyalarının anonsunu veriblər. 

Teqlər