Səudiyyə muzdluları Yəməndə ciddi müqavimətlə üzləşiblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i291483-səudiyyə_muzdluları_yəməndə_ciddi_müqavimətlə_üzləşiblər
Yəmən ordusu və xalq qüvvələri Ali-Səud muzdlularının Əl-Cəvf vilayətinə doğru irəliləməsinə mane olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2018 06:35 Asia/Baku
  • Səudiyyə muzdluları Yəməndə ciddi müqavimətlə üzləşiblər
    Səudiyyə muzdluları Yəməndə ciddi müqavimətlə üzləşiblər

Yəmən ordusu və xalq qüvvələri Ali-Səud muzdlularının Əl-Cəvf vilayətinə doğru irəliləməsinə mane olublar.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanına bağlı muzdlu qüvvələr Yəmənin şimalında yerləşən Əl-Cəvf vilayətinə doğru irəliləməyə cəhd göstərsələr də, yəmənli qüvvələrin müqaviməti ilə üzləşiblər. Yəmənli qüvvələr qarşısında davam gətirməyən Ali-Səud muzdluları ağır itki verərək, geri çəkilməyə məcbur olublar. 

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə isə, Yəmənin Ənsarullah Hərəkatının silahlı qüvvələrinin snayperləri şənbə günü sərhəd Cizan məntəqəsində bir Səudiyyə hərbçisini 2 yəmənli muzdlu ilə birlikdə öldürüblər. 

Bu arada Ərəbistan qırıcılarının Yəmənin Sədə vilayətində yerləşən Səhar şəhərinə qarşı hava hücumlarında 3 mülki yaralanıb.