Liviyanın sahillərində 280 miqrant xilas edilib
Liviyanın dəniz qoşunları bu ölkənin sahil sularında 280 miqrantın xilas edilməsindən xəbər verib.
Sinxua xəbər agentliyinin verdiyi məlumata görə, Liviya dəniz qoşunları bildirib ki, bu ölkənin sahil sularında 17-i uşaq və 19-u qadın olmaqla cəmi 279 qeyri-qanuni miqrant xilas edilib. Onlara humanitar və tibbi yardımlar göstərildikdən sonra Trablosda bir dəniz bazasına köçürülüblər.
Liviyanın dəniz qoşunları bildirib ki, bu ökənin sahil sularında 100-dən çox miqrant itkin düşüb.
Son 3 gün ərzində Liviya dəniz qoşunalrı Trablosun şərqindən 60 km aralıda yerləşən sahil sularında 400-dən çox miqrantı xilas edib.
Qərbin Afrikanın şimal ölkələrinə qarşı müdaxiləçi siyasətləri nəticəsində yaranan destabillik bu ölkə vətəndaşlarının dəniz yolu ilə Avropaya sığınmaq cəhdləri göstərmələrinə səbəb olub.