Şeyx Əlnimrin yaxınları həbs olunublar
Yan 12, 2018 20:03 Asia/Baku
-
Şeyx Əlnimrin yaxınları həbs olunublar
Səud hərbçiləri Ərəbistanın şərqindəki Ələvamiyyə məntəqəsinə basqın və bu ölkənin mübariz və edam olunmuş ruhanisi Şeyx Nimr Baqir Əlnimrin yaxınlarından dörd nəfəri həsb edərək, onları naməlum məkana köçürüblər.
Ali-Səud rejiminin xüsusi təyinatlı qüvvələri Şeyx Əlnimrin yaxınlarından olan Hacı Həsən Abdullah Əlnimrin mənzilnə basqın edərək, onun övladı, qardaşı və iki qardaşı uşağını həbs ediblər. Ali-Səud rejiminin xüsusi təyinatlı qüvvələri həmçinin onların mənzil vəsaitlərini dağıdaraq, ailədəki qadın və uşaqların qorxuya düşmələrinə bais olublar.