Yəmənli qüvvələr Əsir və Cizan vilayətlərində Səudiyyə qüvvələrinə zərbələr endiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i292289-yəmənli_qüvvələr_Əsir_və_cizan_vilayətlərində_səudiyyə_qüvvələrinə_zərbələr_endiriblər
Yəmən ordusu və xalq komitələri qüvvələrinin artilleriya bölməsi Ərəbistanın cənubunda, Əsir vilayətində Səudiyyə hərbçilərinin toplaşdığı məkana zərbələr endirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2018 08:54 Asia/Baku
  • Yəmənli qüvvələr Əsir və Cizan vilayətlərində Səudiyyə qüvvələrinə zərbələr endiriblər
    Yəmənli qüvvələr Əsir və Cizan vilayətlərində Səudiyyə qüvvələrinə zərbələr endiriblər

Yəmən ordusu və xalq komitələri qüvvələrinin artilleriya bölməsi Ərəbistanın cənubunda, Əsir vilayətində Səudiyyə hərbçilərinin toplaşdığı məkana zərbələr endirib.

İRİB-nin veridyi məlumata görə, Ərəbistanın Cizan vilayətində də bir qrup Səudiyyə hərbçisi Əl-Kərəs və Əl-Qərn hərbi bazalarında yəmənli qüvvələrin hücumlarına məruz qalıb. 

Səudiyyə hərbçilərinə məxsus bir hərbi maşın da Cizanın Əl-Xil məntəqəsində məhv edilib. 

Yəmənin Əl-Məsirə informasiya kanalı isə bildirib: Yəmən ordusu və xalq komitələrinin snayperləri Ərəbistanın Cizan vilayətində yerləşən Cəbəlül-Düxxan məntəqəsində Ərəbistan ordusunun bir zabitini öldürüblər. 

Ərəbistan qırıcıları isə Yəmənin Sədə vilayətində Baqim qəsəbəsini bombalayıblar.