Manamada 3 şiə gənc anılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i292401-manamada_3_şiə_gənc_anılıb
Manamada güclü təhlükəsizlik tədbirləri altında 2017-ci il yanvarda polisə müqavimət ittihamı ilə Ali-Xəlifə rejiminin hərbçiləri tərəfindən həbs edilərək sonra edam edilmiş 3 bəhreynli şiə gəncin anım mərasimi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 15, 2018 09:26 Asia/Baku
  • Manamada 3 şiə gənc anılıb
    Manamada 3 şiə gənc anılıb

Manamada güclü təhlükəsizlik tədbirləri altında 2017-ci il yanvarda polisə müqavimət ittihamı ilə Ali-Xəlifə rejiminin hərbçiləri tərəfindən həbs edilərək sonra edam edilmiş 3 bəhreynli şiə gəncin anım mərasimi keçirilib.

İRİB-in verdiyi məlumata görə, Manamanın Əssənabis məhəlləsinin Hüseyniyyəsində keçirilən anım mərasimindən sonra əhali qəzəb aksiyası keçirib. 

Aksiyada səsləndirilən şüarlarda Ali-Xəlifənin siyasətləri pislənilib, fəallar, inqilabçılar, şiələr və adi vətəndaşların  zalımcasına mühakiməsi qınanılıb və Ali-Xəlifə rejiminin gənclərin edam edilməsində məsuliyyət daşıdığı vurğulanıb.

Bəhreynlilər Şeyx İsa Qasimin fotolarını daşıyaraq bu məşhur ruhaninin ev dustaqlığına son qoyulmasını istəyiblər. 

Ali-Xəlifə rejimi müxtəlif bəhanələrlə müxalifləri həbs edir, onlara qarşı həbs, edam və vətəndaşlığın ləğvi kimi hökmlər verir. 

Ali-Xəlifə rejimi 2017-ci il 25 dekabrda bir neçə siyasi məhbusa qarşı məhkəmə işi apraraq onlardan 6-na edam , 7-nə isə yeddi il azadlıqdan məhrum olma hökmü vardi. 

2011-ci ildən bəri Bəhreyn Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Xalq seçki əsasında hökumətin formalaşmasını istəyir.