İordaniya xalqı hökumətin kənarlaşdırılması üçün irimiyqaslı aksiya keçirdi
İordaniyada bəzi məhsulların qiymətinin bahalaşlması, çörək üçün nəzərdə tutulan güzəştin ləğv olunması və vergilərin artmasına etiraz üzrə vətəndaşların aksiyaları davam etməkdədir.
Fars Xəbər Agentliyinin məlumatına görə, İordaniya paytaxtı Əmman yaxınlığında Əs-Səlt şəhərinin çoxlu sayda sakini ötən gecə Hani əl-Məlqa hökumətinin çörə, bir çox qida məhsullarının qiymətinin bahalaşdırılması və əlavə vergilərin tətbiq olunmasına dair qərarına etiraz olaraq aksiya keçirib.
Əl-Ordon 24 portalının məlumatına görə, aksiyaçılar gündəlik etirazların davam etməsini vurğulayıb və bildiriblər: Sadəcə sosial-ictimai şəbəkələrdə etiraz xarakterli yazılarla kifayətlənməyəcəklər; Cümə axşamı günündən başlanan bu etiraz aksiyalarının iştirakçıları əl-Məlqa hökumətinin iqtidardan kənarlaşdırılması, parlamentin ləğv edilməsi və Milli Xilas hökumətinin təşkil olunmasını istəyir.
İordaniya Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin maliyyə yardımı ilə bağlı vədlərinin arxasında durmamaları ilə ağır iqtisadi durumdan əziyyət çəkir.