Fev 18, 2018 19:14 Asia/Baku
  • İsrail qırıcıları Qəzzə zolağına raket zərbələri endiriblər
    İsrail qırıcıları Qəzzə zolağına raket zərbələri endiriblər

İnformasiya qaynaqları İsrail rejiminin qırıcı təyyarələrinin dünən gecə və bu gün səhər Qəzzə zolağının cənubuna, Rəfəh şəhərinə raket zərbələri endirməsindən xəbər veriblər.

İsrail rejimi dünən axşamdan başlayaraq Qəzzə zolağına havadan zərbələr endirməyə başlayıb. Bu hücumlarda Fələstin müqavimətinin bəzi bazaları hədəfə alınıb. Həmçinin, dünən gecə Rəfəh vilayətinin şərqində də fələstinlilər hücuma məruz qalıblar. Bu hücumlrada 2 fələstinli şəhid olub, 4 nəfər isə yaralanıb.

Həmas rəsmilərindən biri deyir: “Bizim xalqımız bu kimi puç təhdidlərə adət edib. Bu təhdidlər hətta, fələstinli uşaqları belə qorxutmur. Fələstinlilər müqavimətin İsrailin Fələstin ərazilərindən təmizlənəcəyi və müqəddəs məkanların azad ediləcəyi zamana kimi davam edəcəyinə inanırlar. Baş verənlər İsrailin təcavüzündən başqa bir şey deyil. Buna görə də məsuliyyətdən boyun qaçırda bilməzlər. Müqavimət xalqı müdafiə etməyi öz haqqı bilir.”

Müqavimət qüvvələri də Xan Yunusun ətrafında İsrail hərbçilərinin zirehli maşınını partladıblar. İsrail mənbələrinin bildirdiyinə görə, bu hadisədə 4 sionist hərbçi yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Bu arada müqavimət qüvvələri İsrail rejiminin təhdidləri ilə qarşılaşmağa hazır olduğunu elan edərək, sionsitlərin mülki əhaliyə xəsarət yetirməsinə icazə verməyəcəklərini bildiriblər: “Sionist rejim Fələstin xalqına qarşı cinayətlərini dayandırmayıb. Buna görə də müqavimət qüvvələrinin Qəzzə sərhədlərindəki fəaliyyətləri sionistlərin cinayətlərinə cavab sayılır. Və İsrailin müqavimət qüvvələrinə qarşı terror siyasətinin cavabsız qalmayacağını bildiririk.”

 

Teqlər