Bəhreyndə məhkəmə Əl-Vifaqın buraxılmasına hökm verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i296185-bəhreyndə_məhkəmə_Əl_vifaqın_buraxılmasına_hökm_verib
Ali-Xəlifə rejiminin Apelyasiya məhkəməsi ən əsas müxalifət hesab olunan Əl-Vifaq cəmiyyətinin fəaliyyət lissenziyasının ləğv edilməsi barədə qəti hökm çıxarıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 19, 2018 16:12 Asia/Baku
  • Bəhreyndə məhkəmə Əl-Vifaqın buraxılmasına hökm verib
    Bəhreyndə məhkəmə Əl-Vifaqın buraxılmasına hökm verib

Ali-Xəlifə rejiminin Apelyasiya məhkəməsi ən əsas müxalifət hesab olunan Əl-Vifaq cəmiyyətinin fəaliyyət lissenziyasının ləğv edilməsi barədə qəti hökm çıxarıb.

Bəhreynin Əl-Əyyam qəzeti bu günkü sayında yazıb: Apelyasiya məhkəməsi Əl-Vifaq cəmiyyətinin və Bəhreyn Ədliyyə Nazirliyinin bu cəmiyyət və onun əmlakı barədə apelyasiya şikayətini rədd edib. 

Qəzetin yazdığına görə, Bəhreyn məhkəməsi Əl-Vefaq tərəfindən irəli sürülən şikayəti qəbul edərək ilkin rəyi təsdiqləyib və şikayətçiləri şikayət xərclərini eləcə də 100 dinardan ibarət hüquqi prossesin xərclərini ödəməyə məhkum edib.