Fev 23, 2018 17:02 Asia/Baku
  • Bəhreyn xalqı aksiya keçirib
    Bəhreyn xalqı aksiya keçirib

Bəhreyn xalqı Ali-Xəlifə rejiminin bəhreynli gəncləri qırğın etmək üzrə cinayətlərini pilsləyib.

Kərbabad, Əlduraz, Malikiyyə və Manama daxil olmaqla Bəhreynin müxtəlif məntəqələrinin sakinləri dünən gecə aksiyalar keçirərək, Ali-Xəlifənin, həyatını itirməsilə nəticələnmiş dörd bəhreynli gəncə qarşı cinayətini pisləyiblər.

Bəhreynli etirazçılar həmçinin bu ölkənin tanınmış din xadimi Şeyx İsa Qasim ilə həmrəylik istiqamətində şüarlar verərək, onun ev mühasirəsinin sındırılmasını istəyiblər.

Ali-Xəlifə rejiminin amilləri ötən həftə dörd bəhreynli gənci qətlə yetirdilər və öz cinayətlərini gizlətmək üçün onların cəsədlərini dənizə atdılar. Onlardan üçünün cənazəsi İranın cənubundakı Buşehr vilayətinin sahillərinə gəlib çatıbdır.

Bəhreynin din alimləri bir bəyanatda bu ölkə xalqından istəyiblər ki, bu gün axşam həmin üç bəhreynli gəncin simvolik dəfn mərasimində iştirak etsin.

Bəhreyn 2011-ci il fevralın 14-dən Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir. Bəhreyn xalqı öz ölkəsində azadlıq, ədalətin bərqərarı, ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir, Ali-Xəlifə rejimi isə bu ölkədə xalq etirazlarına divan tutur.

Teqlər