Qəzzə Zolağında ümumi tətil
Qəzzə Zolağındakı dövlət idarələri və mərkəzlərinin, o cümlədən səhiyyə, təhsil və məhkəmə aparatı işçilərinin tətili həmkarlar ittifaqlarının çağırışına cavab və Fələstin milli birlik dövləti tərəfindən onların hüquqlarına göz yumulmasına etiraz olaraq bu gün təşkil olunub.
Qəzzədə dövlət işçiləri birliyinin sözçüsü Xəlil Həmadə cari milad ayında Qəzzə Zolağında ikinci etiraz tətili olan bu tətil barəsində deyib: Qəzzənin dövlət işçiləri beş ay bundan öncədən bəri öz əmək haqlarının təkcə qırx faizini əldə ediblər və bugünkü tətil onların və ailələrinin məvaciblərinin Fələstin milli birlik dövləti tərəfindən ödənilməməsinin davam etməsinə görədir.
Sionist rejimin 2006-cı ildən başlanan mühasirəsi və Fələstin muxtariyyətinin Qəzzəyə qarşı cəzalarının davam etməsi ilə bu məntəqənin insani və iqtisadi durumu misli görünməmiş şəkildə ağırlaşıbdır və Fələstin milli birlik dövləti 2017-ci il oktyabrın 12-dəki milli barışıqdan sonra Qəzzədə öz məsuliyyətlərinə əməldə təxir və səhlənkarlığı davam etdirir.