Əfqanıstanın Nəngərhar vilayətində partlayış
https://azeri.sahartv.ir/news/qərbi_asia-i297609-Əfqanıstanın_nəngərhar_vilayətində_partlayış
Əfqanıstanın şərqində, Nəngərhar vilayətində, yol kənarında yerləşdirilmiş minanın partlaması nəticəsində 4 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2018 14:34 Asia/Baku
  • Əfqanıstanın Nəngərhar vilayətində partlayış
    Əfqanıstanın Nəngərhar vilayətində partlayış

Əfqanıstanın şərqində, Nəngərhar vilayətində, yol kənarında yerləşdirilmiş minanın partlaması nəticəsində 4 nəfər ölüb.

İRİB-nin Kabildən verdiyi məlumata görə, Əfqanıstanın Nəngərhar vilayətinin sözçüsü Ətaullah Xugyani bazar günü deyib: Partlayış Nəngərhar vilayətinin Rudat məntəqəsində, bir sivil avtomobilin hərəkəti zamanı baş verib.

Partlayış nəticəsində ölənlər Ərbəkyan adlı xalq qüvvələrinin üzvləri olublar.

Hələ ki, hadisənin məsuliyyətini heç bir tərəf üzərinə götürməyib.

Əfqanıstanın Nəngərhar vilayəti İŞİD terror qruplaşmasının bu ölkədəki əsas fəaliyyət ocaqlarından biridir. İndiyə kimi Nəngərhar vilayətində terror hücumları nəticəsində yüzlərlə insan ölüb və yaralanıb.