Mart 17, 2018 16:39 Asia/Baku
  • Qəzzə sakinləri ABŞ əleyhinə irimiqyaslı aksiya keçirdi
    Qəzzə sakinləri ABŞ əleyhinə irimiqyaslı aksiya keçirdi

Qəzzə zolağı sakinləri bu gün ABŞ prezidentinin işğal olunmuş Qüds əleyhinə qərarına etiraz olaraq irimiqyaslı aksiya keçiriblər.

Mehr İnformasiya Agentliyinin əl-Cəzirə televiziyasına istinadla verdiyi məlumata görə, fələstinli aksiyaçılar şüarlar səsləndirərək Vaşinqtonun səfirliyi işğal olunmuş Qüdsə köçürməklə bağlı qərarından geri çəkilməsini tələb ediblər. 

Fələstin vətəndaşları ötən gün də cümə namazından sonra ABŞ prezidentinin Qüds əleyhinə qərarından 100 günün keçməsi ilə bağlı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində Qüdsə dəstək və sionist rejimin cinayətlərinin pislənilməsi istiqamətində aksiya keçiriblər. 

Qəzzə zolağında da fələstinlilər ötən gün cümə namazı qıldıqdan sonra aksiya keçiriblər. 

İordan çayınının qərb sahili və Qəzzə zolağındakı qarşıdurmalarda bir neçə fələstinli gənc yaralanıb, bir qrup isə gözyaşardıcı qazdan istifadə olunduğuna görə boğulma ilə üzləşib. 

Teqlər