Mart 19, 2018 12:37 Asia/Baku
  • İşğalçı rejim öz hədəflərinə çatmayacaq
    İşğalçı rejim öz hədəflərinə çatmayacaq

Həmas hərəkatının sözçüsü vurğulayıb ki, sionist rejim Qəzzə zolağında gərginlik yaratmaqla öz hədəflərinə çatmayacaqdır.

Fuzi Bərhum sionist rejimin Qəzzə zolağına qarşı hücumlarının şiddətlənməsini və müqavimət qruplarının mövqelərinə qarşı hava hücumunu fələstinlilərin Qəzzə zolağının mühasirəsini sındırmaq üzrə səyləri və "böyük qayıdış" adlı aksiyalarını uğursuz qoymaq, eləcə də xalqı qorxutmaq və parametrləri pozmaq istiqamətində önləyici bir addım adlandırıb. Bərhum əlavə edib: Əgər düşmən zənn edirsə, bu gərginlikyaratma ilə öz hədəflərinə çatacaq və Fələstin xalqının iradəsini sındıracaq, illüziyaya düçar olub və Fələstin xalqının mahiyyətindən xəbərsizdir. İşğalçılar xalqın həyatının təhlükəyə düşməsi və gərginliyin yaradılmasının davam etməsinin bütün nəticələrində məsuliyyət daşıyırlar.

Teqlər