Mart 20, 2018 17:59 Asia/Baku
  • Sionist rejim Qəzzə sakinlərini içməli sudan məhrum edib

Sionist rejim Qəzzə zolağını mühasirə etməkdən əlavə, Qəzzənin cənub-qərb məntəqələrinin sakini olan 200 mindən çox fələstinlinin içməli suyunu kəsibdir.

Qəzzə Su və Kanaliziasiya İdarəsinin baş müdiri Mahir Salim bu gün Fələstin Əlyəum xəbər agentliyi ilə müsahibədə deyib ki, sionist məsul şəxslər martın 13-də onlara xəbər veriblər ki, Əlməkrut su şəbəkəsində bəzi təmir və islahat işləri aparılacaq və bu iş təkcə bir saat sürəcəkdir.

Mahir Salim deyib: Sionist rejim başçıları bu dəfə bu hərəkət üçün bir gün vaxt istəyiblər. Amma bu iş daha uzun sürübdür. Belə ki, bu günədək bir həftə çəkib və sionist rejim başçıları əhalinin su cərəyanının yenidən qoşulması üzrə tələblərinə əməl etməyiblər.

Salim qeyd edib ki, Qəzzə meriyası içmək üçün münasib olmayan quyu suyundan istifadə etməyə məcbur olubdur. Adətən bu suların keyfiyyəti aşağı və onların miqdarı yetərsizdir.

Teqlər