İraqda Əlnəcba hərəkatı ABŞ-ın regiondakı fəaliyyətini tənqid edib
Mart 25, 2018 08:48 Asia/Baku
-
İraqda Əlnəcba hərəkatı ABŞ-ın regiondakı fəaliyyətini tənqid edib
İraqda Əlnəcba hərəkatının sözçüsü deyib ki, Amerikanın Yaxın Şərqdəki xəbiscəsinə siyasəti İraqın başını regional toqquşmalara qarışdırmaq çərçivəsindədir.
Dünən bir mətbuat konfransında çıxış edən Əlnəcba hərəkatının sözçüsü Əbu Varis Əlmusəvi əlavə edib: Biz Amerikaya İraqda öz fitnələrini icra etmək və bu ölkəni qonşu ölkələrlə toqquşdurmaq icazəsi verməyəcəyik.
Əlnəcba hərəkatının sözçüsü ABŞ-ın İraqı özündən asılı mehvərlərin bir hissəsinə çevirmək istədiyini, İraqın isə ona belə bir icazəni verməyəcəyini vurğulayıb.
Əbu Varis Əlmusəvi vurğulayıb: Amerika İraq vasitəsilə İranla oynaya bilməz. O, bildirib ki, İran İslam Respublikası İŞİD ilə savaşda daima İraqın yanında olubdur.