Səudiyyə kralının sarayı ətrafında atışma barədə ziddiyyətli məlumatlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i303536-səudiyyə_kralının_sarayı_ətrafında_atışma_barədə_ziddiyyətli_məlumatlar
Dünən gecə Ərrəyadda baş verən atışmalar barədə Səudiyyə Ərəbistanı rəsmiləri və mediyalarının bir neçə sast davam edən susqunluğundan sonra Ali-Səud rejiminin rəsmi xəbər agentliyi iddia edib ki, Səudiyyə kralının sarayının yaxınlığındakı atışmanın səbəbi oyuncaq uçuş aparatının saraya yaxınlaşması olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2018 07:00 Asia/Baku
  • Səudiyyə kralının sarayı ətrafında atışma barədə ziddiyyətli məlumatlar
    Səudiyyə kralının sarayı ətrafında atışma barədə ziddiyyətli məlumatlar

Dünən gecə Ərrəyadda baş verən atışmalar barədə Səudiyyə Ərəbistanı rəsmiləri və mediyalarının bir neçə sast davam edən susqunluğundan sonra Ali-Səud rejiminin rəsmi xəbər agentliyi iddia edib ki, Səudiyyə kralının sarayının yaxınlığındakı atışmanın səbəbi oyuncaq uçuş aparatının saraya yaxınlaşması olub.

Bəzi səudiyyə rəsmiləri isə sözü gedən Pilotsuz Uçan Aparata casusluq kamerası quraşdırılıbmış. 

Səudiyyə müxalifətinə bağlı olan mənbələr də bildiriblər ki, Səudiyyə Ərəbistanı ordusunnun quru qüvvələrinin müəyyən bir yüksək rütbəli zabiti dövlət çevrilişinə yaxud kral ya da vəliəhdi qətlə yetirməyə cəhd göstəribmiş. 

Təsdiqini tapmamış bəzi məlumatlar isə dünən gecə baş verən atışmalarda Səudiyyə kralı Məlik Salmanın yaralanmasına və xəstəxanaya köçürülməsinə eləcə də altı nəfərin qətlə yetirilməsinə dəlalət edir.