Apr 23, 2018 19:16 Asia/Baku
  • Yəməndə toy mərasiminə hücumda həlak olanların sayı artıb
    Yəməndə toy mərasiminə hücumda həlak olanların sayı artıb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın qırıcı təyyarələrinn Yəmənin qərbində Həccə vilayətində toy mərasiminə hücumunda həlak olan və yaralananların sayı 88 nəfərə çatıb.

Mehr İnformasiya Agentliyinin əl-Əhd portalına istinadla verdiyi məlumata görə, Yəməndə tibb dairəsi bildirib: Həccə vilayətinin Bəni Qeys bölgəsində yerləşən Ər-Raqqə kəndində toy mərasimində həlak olanların sayı 33, yaralıların sayı isə 55 nəfərə çatıb. 

Bundan öncə ölü və yaralıların sayı 50 nəfər elan olunmuşdu. 

Əl-Məsirə televiziyası ötən gün təcavüzkarların bu hücumu ardınca bildirib: Ərəbistanın qırıcı təyyarələri təcili tibbi yardımın Ər-Raqqə kəndinə getməsinə mane olublar. 

Həccə vilayətinin əl-Cümhuri xəstəxanasının müdiri də deyib: Yaralılar arasında 30 uşaq vardır. Onlardan bəzisinin vəziyyəti ağırdır, üç nəfərin də bədən üzvü amputasiya edilib. 

Səudiyyə Ərəbistanı qırıcı təyyarələri ötən gün bu cinayətlə eyni vaxtda Həccə vilayətinin Midi bölgəsində Ət-Tinə məntəqəsini bombardman ediblər. Nəticədə bir ailənin beş üzvü həyatını itirib. 

Ərəbistan Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və bir neçə digər ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, Yəmənin istefaya getmiş prezidenti Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb. 

 

Teqlər