Apr 23, 2018 21:28 Asia/Baku
  • Yəmənlilərin Ərəbistana raket hücumları; 2 ədəd Bədr 1 raketi Aramkoya atılıb
    Yəmənlilərin Ərəbistana raket hücumları; 2 ədəd Bədr 1 raketi Aramkoya atılıb

Yəmən qüvvələri Ərəbistanın cənubunda Cizan bölgəsində Aramko neft şirkətinin obyektlərinə doğru 2 ədəd Bədr 1 ballistik raketinin buraxıldığını bildiriblər.

Mehr İnformasiya Agentliyinin əl-Məsirə televiziyasına istinadla verdiyi məlumata görə, Yəmən ordusu və Ənsarullah Hərəkatının bazar ertəsi günü olan raket hücumu Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Həccədə toy mərasiminə hücumlarına cavab olaraq həyata keçirilib.

Bazar günü gecə Səudiyyə Ərəbistanının qırıcı təyyarələrinin Həccə vilayətində toy mərasiminə hücumunda 88 nəfər həlak olub və yaralanıb.

Digər tərəfdən Yəmən ordusu və xalq komitələri qüvvələrinin Təiz vilayətinin qərbində səudiyyəli muzdluların mövqelərinə qarşı keçirdiyi əməliyyatda bir qrup muzdlu öldürülüb və bir qrup da yaralanıb.

Yəmənin cənubunda əl-Bəyza vilayətində də Yəmən ordusu və xalq komitələri qüvvələri Əz-Zahir cəbhəsində səudiyyəli muzdluların mövqelərini atəşə tutub və bir qrup muzdlu öldürülüb.

Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Ərəbistan və müttəfiqlərinin Yəməndəki müharibəsi indiyədək on minlərlə nəfərin həlak olması və yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.

Yəmən qüvvələri təcavüzkarların hücumlarına reaksiyada Ali-Səud rejimi və muzdluların Yəmən və Ərəbistan ərazisindəki mövqeləri və bazalarını atəşə tuturlar.

Teqlər