Apr 24, 2018 08:25 Asia/Baku
  • Yəmən MN sərt reaksiya verəcəyini bildirib

Yəmənin Müdafiə Nazirliyi və silahlı qüvvələrinin baş qərargahı təcavüzkarların Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Səmudu şəhid etməsini pisləyərək yaxın gələcəkdə bu hərəkətə sərt və sürətli reaksiya veriləcəyini bildirib.

Yəmənin Səba xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənin Müdafiə Nazirliyi və silahlı qüvvələrinin baş qərargahı dünən gecə ayrı-ayrılıqda yaydıqları bəyanatlarda bildiriblər: Səudiyyə və Birləşmiş Ərəb Əmirlikləri eləcədə onların hamiləri və böyük şeytan Amerika dağıdıcı zərbələr gözləməlidirlər, yaxın gələcəkdə bu cinayətkar avanturalarının bədəlini ödəyəcəklər. 

Yəmənin Müdafiə Nazirliyi və silahlı qüvvələrinin baş qərargahının bəyanatlarında Saleh Səmudun şəhid edilməsinin təcavüzkarlara heçnə qazandırmayacağı bildirilərək deyilir: Yəmənin Ali Siyasi Şurasının sədrinin şəhid edilməsi Yəmən xalqının təcavüzkarlara qarşı daxili cəbhənin möhkəmləndirilməsi üçün meylini daha da artıracaq. 

Yəmənin Ali Siyasi Şurası dünənki bəyanatında bildirdi ki, bu şuranın sədri Salih Səmad ötən cümə axşamı günü Səudiyyə koalisiyası təcavüzkarlarının Əl-Hədidə vilayətinə hava hücumunda şəhid olub. 

Teqlər