Apr 25, 2018 10:26 Asia/Baku
  • Ərəbistanın Cizan vilayətində iki hərbçisi ölüb
    Ərəbistanın Cizan vilayətində iki hərbçisi ölüb

Yəmən ordusu və xalq komitələri qüvvələrinin snayperləri Ərəbistanın cənubunda Cizanda iki səudiyyəli hərbçini öldürüblər.

İRNA-nın məlumatına görə, Yəmən ordusu və xalq komitələri qüvvələri çərşənbə axşamı günü həmçinin Cizanın əl-Xubə bölgəsində Ərəbistan ordusunun bir ədəd hərbi avtomobilini məhv ediblər. Nəticədə bir qrup səudiyyəli hərbçi ölüb və yaralanıb. 

Digər tərəfdən Yəmən ordusu və xalq komitələri qüvvələrinin ağır artilleriyası Cizanda Cəbəl Səla, Əs-Səmənə və əl-Müstəhəddisdə səudiyyəli hərbçilərin toplaşdığı məkanı atəşə tutub və onlara ağır zərbələr endiriblər. 

Səudiyyə Ərəbistan Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və bir neçə başqa ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Ərəbistan və müttəfiqlərinin Yəmən müharibəsi indiyədək 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib. 

Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəməni ərzaq və dərman çatışmazlığı ilə üzləşib. 

Səudiyyə rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki məqsədlərinə çata bilməmişlər. 

 

 

Teqlər