5000 terrorçu Dəməşqin cənubundan çıxdı
Dəməşqin cənubunda Yəlda, Bəbbila və Beyt Səhm qəsəbələrindən beş min terrorçu çıxıb.
Əl-Aləm televiziyasının məlumatına görə, Dəməşqin cənubundakı terrorçularla Suriya hökumətinin razılaşmasına əsasən, terrorçular və onların ailələri bu qəsəbələrdən Suriyanın şimalına nəql olunacaqlar.
Rusiya Barışıq Mərkəzinin vasitəçiliyi ilə baş tutan bu razılaşmaya əsasən, barışıq prosesinə qoşulmaq istəyən müxalif silahlı şəxslər bu qəsəbələrdən çıxıb və Rusiyanın təhlükəsizlik zəmanətləri ilə Suriyanın digər bölgələrinə köçürülürlər.
Yəlda, Bəbbila və Beyt Səhm qəsəbələrindəki silahlı terrorçu qrupların nümayəndələrinin Aleksandr Zurin və Kənanə Həvicə ilə iclasından sonra ilkin razılaşma əldə olunub.
Bu anlaşma terrorçu qrupların Suriyanın şimalına nəql olunması üçün silah və sursatları təhvi verməsinə əsaslanır.
Suriya ordusu Şərqi Qutədə terrorçuların işğalında olan son şəhər Dumanın azad olunmasından sonra, paytaxtın cənubundakı terrorçuları bu ərazidən çıxarmaq üçün Şərqi Qutədə yerləşib.