Əl-İbadi İŞİD-in Suriyadakı mövqelərinə hücum əmri verib
-
Əl-İbadi İŞİD-in Suriyadakı mövqelərinə hücum əmri verib
Suriya və İraqın terrorizm ilə mübarizədə yüksək səviyyədə koordinasiyasından sonra İraq baş naziri Heydər Əl-İbadi Suriya ərazisindəki İŞİD terrorçularının mövqelərinə qarşı hücum əmri verib.
Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, İraq baş nazir ofisi bildirib ki, bu ölkənin hava qüvvələri Heydər Əl-İbadinin əmri əsasında Suriyanın şimal şərqində Əddəşişə bölgəsinin cənubunda İŞİD terrorçularının mövqelərini bombalayıb.
İraqın müştərək əməliyyat baş qərargahının sözçüsü Yəhya Əzzübeydi də deyib: İraq qüvvələri Suriya dövləti ilə koordinasiyada olaraq Suriya torpaqlarındakı İŞİD terrorçularını təqib edəcək.
Ötən apreldə də müştərək əməliyyat qərargahı heydər Əl-İbadinin əmri ilə İŞİD terrorçularının Suriyadakı mövqelərini məhv etmişdilər.
İraq ilə Suriyanın həmsərhəd bölgələrinin strateji əhəmiyyətini nəzərə alaraq İŞİD terrorçuları hələ də bu bölgələrə qayıtmağa cəhd göstərirlər.