HƏMAS: Sionistlərin hərəkətləri hərbi cinayətdir
Fələstin İslami Müqavimət Hərəkatı(HƏMAS) bildirib ki, sionist rejimin fələstinlilərin qırğın edilməsi barədə müstəqil faktaraşdırıcı komitənin təşkil olunmasına qarşı çıxması bu rejimin vəhşiliyi və terrorçuluğunu göstərir.
Sionist rejimin xarici işlər nazirliyi dünən Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının Qəzzə hadisələri barədə faktaraşdırıcı komitənin təşkil olunmasına dair qərarına qarşı çıxdığını bildirib.
Sionist rejim hərbçilərinin 30 martdan bəri Qəzzə zolağında fələstinli aksiyaçılara qarşı hücumlarında indiyədək yüzdən çox aksiyaçı şəhid olub minlərlə nəfər yaralanıb.
Fələstin Əl-Yəum qəzetinin internet portalının verdiyi məlumata görə, HƏMAS sözçüsü Əbdüllətif Əl-Qanu deyib: Fələstin xalqının sionist hərbçilər tərəfindən qırğın edilməsi hərbi cinayətdir.
Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsi də İnsan Haqları Şurasının sionist rejimin cinayətlərinə qarşı faktaraşdırıcı komitənin təşkil olunmasına dair qərarının bu rejim və onun ortağı olan Amerikaya qarşı növbəti şillə adlandırıb.