Putin: Rus hərbçilərin Suriyada çıxması prosesi davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i315633-putin_rus_hərbçilərin_suriyada_çıxması_prosesi_davam_edir
Rusiya prezidenti bu lkə hərbçilərinin bir qrupunun Suriyadan çıxmasına toxunaraq deyib: Bu qüvvələrin Suriyanı tərk etməsi prosesi davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2018 14:52 Asia/Baku
  • Putin: Rus hərbçilərin Suriyada çıxması prosesi davam edir

Rusiya prezidenti bu lkə hərbçilərinin bir qrupunun Suriyadan çıxmasına toxunaraq deyib: Bu qüvvələrin Suriyanı tərk etməsi prosesi davam edir.

İnterFAx İnformasiya Agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin cümə axşamı günü bu ölkənin hərbi akademiyası məzunlarının qarşısında deyib: Son günlər 1140 rus hərbçisi, 13 təyyarə, 14 helikopter Suriyadan çıxıb.

Rusiya prezidenti əlavə edib: Rusiya silahlı qüvvələrinin Suriyadan çıxması prosesi davam edəcək.

Rusiya hərbi qüvvələri 2015-ci il sentyabr ayında Suriya prezidenti Bəşşar Əsədin qanuni hökumətinin müraciəti ilə terrorizmə qarşı əməliyyatda iştirak etmək üçün bu ölkəyə daxil oldular.

Rusiyanın hal-hazırda Suriyaad iki hərbi bazası vardır. Hmeymim hərbi hava bazası və Tartus hərbi dəniz bazası həmin hərbi bazalardır.