Ş.İ.Qasim əməliyyat olunub
Bəhreynli mənbələr dünən gecə bildiriblər ki, bu ölkənin böyük din xadimi Şeyx İsa Qasim cərahiyyə əməliyyatı keçirib.
Şeyx İsa Qasim bazar günü gecə cismani durumunun ağır olması səbəbindən Ali-Xəlifə rejiminin xəfiyyə avtomobillərinin müşayiət etdikləri təcili yardım maşını vasitəsilə xəstəxanaya köçürlmüşdü.
Son günlər, ev dustağı olan Şeyx İsa Qasimin durumunun ağır olması barədə xəbərlər yayılmışdı.
Ali-Xəlifə rejimi 2016-cı ilin iyun ayında Şeyx İsa Qasimin vətəndaşlığını əlindən alıb, onu mühakimə edərək, bu din xadiminin məskunlaşdığı Əlduraz məntəqəsini mühasirəyə aldı. Bu rejim həmin mühasirəni davam etdirməklə bərabər, orada Bəhreyn xalqının cümə namazı qılmasına da mane olur.
Bəhreyn insan haqları cəmiyyəti son zamanlar bildiribdir ki, Ali-Xəlifə rejiminin sərt təhlükəsizlik tədbirləri Şeyx İsa Qasimin həkimlərinin onun sağlamlıq vəziyyətini yoxlamalarına belə mane olur.
Bəhreyn 2011-ci ilin on dörd fevralından bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir.