İraqın baş naziri xalq arasındakı narazılıqları azaltmaq üçün 7 bəndlik fərman imzalayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317590-İraqın_baş_naziri_xalq_arasındakı_narazılıqları_azaltmaq_üçün_7_bəndlik_fərman_imzalayıb
İraqın cənubunda ictimai etirazların genişlənməsinin ardınca baş nazir Heydər Əl-İbadi 7 bəndlik bir fərman imzalayaraq, əhalinin problemləri və istəklərinin təcili araşdırılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2018 05:44 Asia/Baku
  • İraqın baş naziri xalq arasındakı narazılıqları azaltmaq üçün 7 bəndlik fərman imzalayıb
    İraqın baş naziri xalq arasındakı narazılıqları azaltmaq üçün 7 bəndlik fərman imzalayıb

İraqın cənubunda ictimai etirazların genişlənməsinin ardınca baş nazir Heydər Əl-İbadi 7 bəndlik bir fərman imzalayaraq, əhalinin problemləri və istəklərinin təcili araşdırılmasını istəyib.

İRNA-nın verdiyi məlumata görə, bu fərmanda şor suyun şirinləşdirilməsi yolu ilə içməli suyun təmin edilməsi, elektrik şəbəkəsindəki problemlərin aradan qaldırılması, səhiyyə xidmətlərinin yaxşılaşdırılması və digər problemlərin aradan qaldırılması üçün 3.5 milyard dinar vəsaitin ayrılması istənilir. 

Əl-İbadi bundan öncə İraqın Bəsrə vilayətinə olan səfəri zamanı bu vilayətdə 10 min yeni iş  yerinin yaradılmasına şərait yaradacağına dair vəd vermişdi. 

Əl-İbadi bu fərmanı ölkənin cənubunda ictimai etirazların artması və ciddi qarşıdurmaların müşahidə olunmasının ardınca imzalayıb.